Gözlərinizin qayğısına qalın

Faydalı məsləhətlər

Yaşamaqdan zövq almaq üçün dünyadakı bütün gözəllikləri görməyimizə səbəb olan gözlərimizin qayğısına qalmalıyıq. Aktiv iş həyatı saatlarla kompüter qarşısında oturmağımıza səbəb olur. Ətraf mühit, düzgün qidalanmamaq və genetik səbəblərdən erkən yaşlarda görmə qabiliyyətiniz zəifləyə bilər.Yaşlılarda isə bu problem özünü daha çox büruzə verir.

Gözləri qorumaq və normal görmə qabiliyyətinə sahib olmaq istəyirsinizsə, aşağıdakı qidaları menyunuza daxil edin.

 

Kök

Daha yaxşı görmək üçün yerkökündən istifadə etməlisiniz. Bu narıncı rəngli tərəvəz daha sağlam görmə qabiliyyətini təmin edən beta-karoten kimi piqmentlərlə və antioksidantlarla zəngindir.

Yerkökündən müxtəlif salatlarda və ya xörəklərdə istifadə edə bilərsiniz. Yerkökü yeməyi xoşlamayanlar onun şirəsini içə bilərlər.

 

Bibər

Bibər yüksək görmə qabiliyyətini təmin edən C vitamini ilə zəngindir. Çox mühüm müalicəvi əhəmiyyətə malik olan bu faydalı tərəvəz eyni zamanda gözlərin normal inkişafını təmin edən digər vitaminləri də özündə birləşdirir.

 

Toyuq, hinduşka

Quş əti qırmızı ətin (quzu, donuz və dana ətinin) ən yaxşı əvəzləyicisidir. Hinduşka və toyuq əti görmə qabiliyyəti üçün əsas elementlər sayılan sink, kalium və bir sıra zülallar, C və E vitaminləri ilə zəngindir. Bütün bunlar quş ətinin katarakta xəstəliyi və göz sulanmasının ən əsas düşməni olmasına səbəb olur.

 

İspanaq

Bu bitki görmə üçün bütün komponentləri, o cümlədən, vitamin C, beta-karoten və müxtəlif mineralları özündə cəmləşdirir.

İspanağı qızardılmış, qaynadılmış şəkildə, sous formasında yeyə bilərsiniz. Salatlarda da istifadə etmək olar.

 

Balıq

Ümumiyyətlə, dəniz məhsulları sağlam həyat tərzi keçirmək istəyənlərin menyularından əksik olmamalıdır. Xüsusilə sardina və qızıl balıq tərkibindəki omega 3 yağları sayəsində görmə qabiliyyətini yaxşılaşdırır.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında