Sahil Babayev nazirliyin bir sıra bərpa müəssisələrinə baş çəkib

Ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa müalicə infrastrukturunun təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun əsas istiqamətlərindən biridir. Bu sahədə aparılan işlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Mərkəzə gələn S.Babayev burada əlilliyi olan şəxslərin sağlamlığının bərpası yönündə aparılan işlərlə yaxından tanış olub.

Nazir müəssisədə bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb, göstərilən reabilitasiya xidmətləri ilə bağlı onların fikirlərini öyrənib. Əlilliyi olan şəxslər onlar üçün müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılmasına, onların sağlamlığının bərpasına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

S.Babayev reabilitasiya işlərinin səmərəli təşkili, bu sahədə mütərəqqi dünya təcrübəsində mövcud olan və konkret nəticələr əldə etməyə imkan verən bərpa müalicə proqramlarının tətbiqi, reabilitasiya səviyyəsinin artırılması üçün səylərin gücləndirilməsi, bərpa müalicəsinə cəlb olunan hər bir əlilliyi olan şəxsə diqqət və qayğı ilə yanaşılması və s. barədə tapşırıqlarını verib.

Dövlət başçısının sərəncamına əsasən yaradılan Protez-Ortopedik Sexdə müasir tələblərə uyğun şərait yaradılmaqla, dünyanın qabaqcıl şirkətlərinin son texnologiyalar əsasında istehsal etdikləri avadanlıqlar alınaraq quraşdırılıb. Hazırda sexdə işlər tamamlanmaq üzrədir. Nazir mərkəzin istehsal sahəsi, burada protez-ortopedik məmulat və reabilitasiya vasitələrinin hazırlanması prosesi ilə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib.

S.Babayev nazirliyin Mərdəkan Müalicə Pansionatında olarkən müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işlərinin daha keyfiyyətlə yerinə yetirilməsini, əlilliyi olan insanlar üçün müasir standartlar səviyyəsində reabilitasiya şəraitinin yaradılmasını tapşırıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında