İlk dəfə TransAnal Minimal İnvaziv əməliyyat icra olunub

Azərbaycanda ilk dəfə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) TransAnal Minimal İnvaziv əməliyyat (təbii dəliklərdən endoskopik əməliyyat) (TAMİS) həyata keçirilib.

Əməliyyatı icra edən RMDM-in ümumi cərrahı, uzman İlqar İsmayılov 67 yaşlı xəstədə düz bağırsağın Maliqnizasiyaya uğramış 6 sm ölçüdə polipi aşkar olunduğunu bildirib. MRT və EndoUSM müayinələri ilə bu törəmənin əzələ qatına sirayət etmədiyi təsdiqləndikdən sonra TAMİS üsuluna uyğun olduğu qərarına verilib.

TransAnal Minimal İnvaziv əməliyyat uğurla icra edilib və xəstə daha geniş və riskli Düz Bağırsaq Rezeksiyası əməliyyatına məruz qalmadan və kolostoma çıxarılmadan bir gün sonra evə yazılıb.

Minimal invaziv cərrahiyyənin gəldiyi ən son inkişaf nöqtələrindən biri olan TAMİS (TansAnal Minimal İnvaziv Surgery) üsulu özəl endoskopik alətlərin istifadəsi ilə düz bağırsaq kütlələri və böyük ölçülü poliplərin transanal yolla əməliyyat olunmasına imkan verir.

TAMİS cərrahiyyə üsulunun düz bağırsaq əməliyyatlarında daha geniş tətbiq olunma perspektivi var və bu istiqamətdə RMDM-də araşdırmalar davam etdirilir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında