Dəmir yolu səyyar klinikası Astarada...

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Dəmir yolu səyyar klinikasının Azərbaycanda ilk fəaliyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.  AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Elmar Qasımovun rəhbərliyi ilə MOM-un Dəmir yolu səyyar klinikası 17 nəfərlik heyətlə Bakı-Astara dəmir yolu xətti ilə Azərbaycanın dilbər güşələrindən biri olan Astarada pasiyentlərə 5 gün tibbi xidmət göstərib.

Mayın 8-dən başlanan humanitar aksiyada məqsəd operativ şəkildə astaralı pasiyentləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etmək idi. Lazım gəldikdə, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə paytaxtda yerləşən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. 

 İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan, Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədi ərazisində fəaliyyət göstərəcək. Rusiya, Gürcüstan və İranda yaşayan soydaşlarımız klinikanın fəaliyyətindən istifadə edə biləcəklər. Qeyd edək ki, bütün dünyada ilk dəfə olaraq dəmir yolu ilə hərəkət edən və Səhiyyə Nazirliyinin dəstəyi ilə  yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  səyyar klinikanın uzunluğu  25, eni 3 metrdir.  Klinikanın digər səyyar xidmət göstərən avtobuslardan fərqi ondadır ki, burada xəstələrə daha çox xidmət növü tətbiq etmək mümkündür, hər növ  müasir oftalmolojı avadanlıqlarla təchiz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur.  Səyyar klinika, eyni zamanda,  üç hissədən-texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burada yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskopik üsullarla  əməliyyatların aparılması üçün xüsusi aparatlar var. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilir.

Təşkil edilən aksiya zamanı Astarada 675 xəstə müayinə edilib, 30 xəstənin gözündə əməliyyat aparılıb.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi  tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.  

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında