Dəniz kələmi orqanizmə xeyirdir

Dəniz kələmi ən faydalı bitkilərdən biri hesab edilir Buna səbəb dəniz kələminin tərkibinin yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla kimi vitaminlərlə zəngin olmasıdır.

Alimlər bildirirlər ki, dəniz kənarında yerləşən ölkələrin əhalisinin mətbəxində ondan geniş istifadə olunur. Dünyanın əksər ölkələrində dəniz kələmindən müxtəlif xörəklərin hazırlanmasında istifadə edilir.

Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası adlandırırlar. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı bu bitkidən geniş istifadə edilir.

Tədqiqatçılar qeyd edirlər ki, dəniz kələmi orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin bədəndən xaric edilməsinə müsbət təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir. Həmin xəstəliklərin müalicə və profilaktikası üçün gündə beş xörək qaşığı dəniz kələmi və yaxud gündə bir neçə dəfə olmaqla iki çay qaşığı onun qurudulmuş formasını qəbul etmək məsləhətdir.

Elçin ABABSOV,
“Xalq qəzeti”

                                          

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında