Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycan yeni-yeni zirvələr fəth edəcək

2 saylı Bakı Baza Tibb Kollecində ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş tədbiri  təhsil müəssisəsinin rəhbəri Dilarə Məmmədəliyeva açaraq, ümummilli liderin Azərbaycanın tarixində, istərsə də xalqımızın yaddaşında  müstəqil, azad, suveren dövlətin simvolu kimi qaldığını və bundan sonra da qalacağını bildirdi. 

Dedi ki, hər bir dövlətin inkişafı, uğurları siyasi lider amili ilə sıx bağlı olur. Heydər Əliyev–Azərbaycan, eyni zamanda, Azərbaycan–Heydər Əliyev ifadələri əbəs yerə birlikdə qeyd olunmur.

D. Məmmədəliyeva diqqətə çatdırdı ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “Müstəqilliyimizin ilk illərində yaşanan duruma diqqət yetirən hər kəs Azərbaycanın bu gün iqtisadi möcüzələr ölkəsi kimi tanınmasından, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan seçilməsindən, dünya birliyinin fəal üzvünə çevrilməsindən, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsindən ancaq və ancaq təəccüb hissi keçirir. Çünki Azərbaycan o illərdə "olum, ya ölüm" dilemması qarşısında qalmışdı. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutmaları ucbatından Azərbaycan öz dövlət müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın təkidilə ulu öndər Heydər Əliyevin hakimiyyətə  qayıdışı Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı”.

Kolleçin direktoru qeyd etdi ki, məhz ulu öndər Heydər Əliyevin  dövlət idarəçiliyndəki zəngin təcrübəsi sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi.

Hələ Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını  qeyd edən D.Məmmədəliyeva
2 saylı Bakı Baza Tibb Kolleçinin yerləşdiyi binanın da ulu öndərin tapşırığı ilə tikildiyini xatırlatdı və açılışında Heydər Əliyevin şəxsən iştirak etdiyini bildirdi.

Dahi şəxsiyyətin müstəqillik illərində ölkəyə rəhbərliyindən söhbət açan direktor ömrünü xalqına və Vətəninə həsr edən  belə şəxsiyyətlərin həyat durduqca yaşayacağını bildirdi.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin  xilaskarıdır. Bu gün ölkəmizin hər yerində ulu öndərin izi, yaratdığı xariqələr görünür.  Qeyd etdi ki, Heydər Əliyev yolu, siyasi kursu Azərbaycanı daim irəliyə aparır: “Bu gün Azərbaycanın dünya birliyində qazandığı uğurların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi Azərbaycanı dünya birliyində söz sahibinə çevirib və demokratik ölkə kimi tanıdıb”.

Sonra ulu öndər Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən bəhs edən film və kollecin tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisya  nümayiş etdirildi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında