İlham Rəhimov kənd sakinlərinə tibb məntəqəsi hədiyyə edib

Tovuzun Cilovdarlı kəndində yeni tikilən tibb məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Müasir tibbi standartlara cavab verən bu müəssisəni, kəndin yetirməsi olan hüquq elmləri doktoru, professor İlham Rəhimov şəxsi vəsaiti hesabına tikdirərək, yerli əhalinin istifadəsinə verib. Bu barədə Samir Paşayev şəxsi Facebook səhifəsində yazıb.

Qeyd edilir ki, tibb məntəqəsi yalnız Cilovdarlı və Qədirli kənd sakinlərinə deyil, ətraf Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Hunam və s. kəndlərin əhalisinə də xidmət edəcək.

Professor İlham Rəhimov açılış mərasimində çıxış edərək deyib ki, o bunu vətəndaşlıq borcu hesab edir: "Bu bir fürsətdir ki, tibb məntəqəsini öz kəndimin, eləcə də böyük bir ailə kimi baxdığım yaxın kəndlərin sakinlərinə hədiyyə edim. Bu layihəni mən Yaponiyada sifariş etmişdim. Səhiyyə Nazirliyinin də nümayəndəsi baxıb, bəyənib. İstəyərəm ki, bu təşəbbüs, ənənəyə çevrilsin, digər iş adamları da eyni addımı atsınlar ".

Bildirilir ki, ümumi sahəsi 500 kv.m olan tibb məntəqəsi kompüterləşib, burada UZİ, stomatoloq, laboratoriya, peyvənd, ailə həkimi, manipulyasiya və digər kabinetlər fəaliyyət göstərir. Lazım olan bütün inventarlar alınıb, təcili-tibbi yardım üçün istifadə ediləcək pereparatlar və dərmanlarla təchiz olunub. 14 nəfərlik tibb işçisi əhaliyə xidmət göstərəcək.

Bundan əlavə, məntəqənin həyəti zövqlə səliqə-sahmana salınıb, müstəqil istilik, kanalizasiya sistemi var, həyətdə bol suyu olan artezian quyusu qazılıb, buradan kəndin 4 istiqamətinə bulaq çəkilib. Eyni zamanda həyətdə 20 tonluq su çəni, yanğın əleyhinə 50 tonluq su anbarı tikilib. Bina qaz və elektriklə təmin edilib, kondisionerlər quraşdırılıb, tibb məntəqəsinə gələn yol  asfaltlaşdırılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında