Səyyar klinika Astaraya gedir...

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası fəaliyyətə başlayır. Azərbaycanda ilk dəfə  həyata keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunur.  Belə ki,  Mərkəzin Dəmiryol Səyyar Klinikası Bakı—Astara dəmiryolu xəttilə Azərbaycanın dilbər güşələrindən biri olan Astarada pasientlərə tibbi xidmət göstərəcək.

Mərkəzin mayın 8-dən 12-ə kimi keçirdiyi humanitar aksiyada məqsəd operativ şəkildə astaralı pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. 

 İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan--Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə  yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  səyyar klinikanın uzunluğu  25, eni 3 metrdir.  Dəmiryolu Səyyar klinikası  müasir oftalmolojı avadanlıqlarla təchiz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur.  Səyyar klinika eyni zamanda  üç hissədən--texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burada yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla  əməliyyatların aparılması üçün xüsusi aparatlar var. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerinden ibarətdir. Müayinələr üçün avadanlıqlar lampa, refraktometr, tonometr, proyektor, lensmter və digərlərindən təşkil edilib. Həmçinin istirahət üçün və qeydiyyat üçün otaqlar və sanitariya otağı fəaliyyət göstərir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Bütün avadanlıqlar ABŞ, Almaniya, Yaponiya İtaliya kimi ölkələrdən olan şirkətlərə məxsusdur.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi  tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.  2005-ci ildən mərkəzin Səyyar klinikası  mütamadi olaraq  respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bu günə qədər  yerlərdə 3 mindən  çox əməliyyat və 30 minə  yaxın müayinə və müalicə aparılıb. 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında