“Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edib. O bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlamətidir. Professor ulu öndərin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə onun müstəsna xidmətlərindən danışıb. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda elmə və təhsilə həmişə diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin sürətlə inkişafı, tibbi kadrların hazırlanması ulu öndərin adı ilə bağlıdır.

Bu gün ümummilli liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə səhiyyə sahəsində səmərəli islahatlar həyata keçirilib. Hazırda təkcə paytaxtda deyil, regionlarda da tibb ocaqları ən müasir avadanlıqla təchiz edilib. Müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı surətdə yenidən qurulub, regionların sakinləri yerlərdə müalicə olunmaq imkanı əldə ediblər.

Sonra Seçenov Universitetinin Bakı filialının tələbələrinin məruzələri dinlənilib.

Tədbirin sonunda filialın rektoru, professor Əziz Əliyev tələbələrə diplomlar təqdim edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında