Beynəlxalq Astma Günü layihə çərçivəsində qeyd edilir

Beynəlxalq astma günü hər il dünyanın 80-dən artıq ölkəsində bu xəstəlik Qlobal Strateji Müalicə layihəsi çərçivəsində qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd əhalinin diqqətini bu problemə yönəltmək, xəstəliyin əlamətləri və müalicə yolları haqqında onları maarifləndirməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov vurğulayıb ki, xəstəlik əsasən allergik mənşəlidir və sənaye cəhətdən inkişaf etmiş, nəmişliyi çox olan ölkələrdə yayılıb. Ölkəmizdə bronxial astma xəstələrinin sayında illər üzrə azalma müşayiət edilir. Belə ki, 2016-cı ildə 7950, 2017-ci ildə isə bu 7701 nəfərdə ilk dəfə aşkarlanma qeydə alınmışdır. Bu xəstəlikdə ən vacib amil genetik meyilliyin olmasıdır.

 Xəstəliyin daha çox yayıldığı İrlandiya, Pribaltika ölkələri, Kanada, Şimali Amerikada əhalinin 30-40 faizi astmadır. Azərbaycanda bronxial astmadan əziyyət çəkən xəstələr,-- həm uşaqlar, həm də böyüklər arasında 6-8 faiz təşkil edir və bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir.

Son zamanlar səhiyyənin inkişafı və daha təsirli dərman vasitələrindən istifadə, bu xəstəliklə mübarizədə effektiv rol oynayır. Professorun fikrincə, bütün dünyada allergik bronxial astmanı törədən əsas səbəblərdən biri ev və məişət gənələridir. Əsasən nəmişlik olan yerlərdə və yumşaq yataq dəstində yığılan toz hissəcikləri gənələr üçün optimal şərait yaratdığından belə xəstələr yumşaq dəst əşyaların sayını azaltmalıdırlar.

 Xəstəliyin əsas əlamətləri kimi vaxtaşırı boğulmaları qeyd etmək olar. Bu, hal yüngül əlamət kimi, bəzən isə ağır nəticələrlə müşayiət oluna bilər. Belə olan hallarda həkimin müdaxiləsi mütləqdir. Bu kimi tutmalar əsasən gecəyarısı üçün xarakterikdir. Fiziki iş, idmanla məşğul olan zaman sinədə səsli küy olur. Bu zaman tənəffüs alıb-vermə çətinləşir və xəstə boğulmağa başlayır. Boğazda qaşınma, öskürək halları baş verir. Müalicə olunmazsa ağciyərlərin emfizeması deyilən ağırlaşmaya, sonda isə ağciyər- ürək çatışmazlığına gətirib çıxara bilər. Məhz bu baxımdan bu xəstəlik çox ciddi sayılmalı və əlamətləri müşahidə edildiyi zaman mütləq allerqoloqa müraciət edilməlidir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında