RMDM-də yanğın təhlükəsizliyi təlimi keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) yanğın hadisəsi zamanı pasiyentlərin, o cümlədən işçi heyətin xilas olunması və yanğının söndürülməsi üzrə təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək yanğınlar zamanı işçi heyətin Yanğından Mühafizə Xidmətinin çağırılma, onların ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin təxliyə olunması və ümumilikdə ekstremal vəziyyətdə işçi heyətin hərəkət qaydaları izah edilib.

 Təlim iştirakçılarına yanğın təhlükəsi zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri izah olunub, əyani olaraq yanğınsöndürmə vasitələrinin istifadə qaydaları nümayiş olunub.

 Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər zaman əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasına çalışan RMDM-də analoji təlimlər mütəmadi olaraq keçirilir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında