DİN-in Hospitalında növbəti "Koxlear implantasiya" əməliyyatı aparılacaq

Mayın 4-də DİN-in A.Heydərov adına Respublika Hospitalında 1 yaş 10 aylıq anadangəlmə eşitmə qabiliyyətindən məhrum uşaq üzərində "Koxlear implantasiya" əməliyyatı keçiriləcək.

TopXeber.Az xəbər verir ki, əməliyyatı Sankt-Peterburq Qulaq-Burun-Boğaz Elmi Tədqiqat İnstitunun Eşitmə reabilitasiyası bölməsinin rəhbəri, professor Kuzovkov Vladislav Evqenyeviç və DİN-in A.Heydərov adına Respublika Hospitalının LOR-şöbəsinin rəisi, tibb elmiəri namizədi Kamil Yusifov həyata keçirəcək.

Qeyd edək ki, bu əməliyyat IV dərəcə sensonevral ağıreşitmə və karlıq xəstəliyindən qurtulmanın yeganə müasir cərrahi müalicə üsuludur. Dünya Səhiyyə Təşkilatının statistikasına görə dünyada hər 1000 doğulan körpədən biri anadangəlmə kar doğulur. Bundan əlavə hər doğulan 1000 körpədən biri həyatının ilk illərində hər hansı bir infeksiya və s. nəticəsində eşitmə qabiliyyətini itirir. Bu da gələcəkdə körpələrdə nitqin formalaşmamasına səbəb olur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında