IV Azərbaycan—alman--türk konqresi keçirilib

Bakıda cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə IV Azərbaycan-alman-türk konqresi öz işini başa çatdırıb. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan--Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın müxtəlif universitetlərinin klinikalarında çalışan 30-a yaxın professor ekspert və referent heyyəti iştirak edib.

Bakıda artıq dördüncü dəfə təşkil edilən bu forum ümumi və laparoskopik cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya, reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən Davamlı Tibb Təhsili verən beynəlxalq tədbir kimi tanınıb və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib.

Almaniya--Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Azərbaycan-alman-türk tibb konqresinin Azərbaycan tərəfindən prezidenti, professor Qurbanxan Müslümov bildirib ki, həmçinin bu il konqres və təlimlər Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq 34 Davamlı Tibb Təhsili balı ilə qiymətləndirilib.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib ki, son illər Azərbaycanda səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin sabit həllinə şərait yaradılıb. Konqresin ilk günü böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr olunub.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsgrab, İsveçrənin ölkəmizdəki səfirinin müavini Simon Haeberli, kongresin Almaniya və Turkiyə tərəfindən prezidentləri Mikael Gebel və Fatih Can, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva və digərləri iştirak edib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında