Yüksək ixtisaslı tibb mütəxəssisləri Astarada

Son illər Astara rayonunda əhaliyə tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi, ən müasir avadanlıqlardan istifadə etməklə müayinə və müalicələrin effektivliyinin artırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.

Əsaslı surətdə yenidən qurulmuş və açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi rayon mərkəzi xəstəxanasının şəraiti sakinlərdə böyük razılıq doğurur. Yerli  mütəxəssislərlə yanaşı, müntəzəm olaraq Bakıdan dəvət olunan yüksək ixtisaslı həkimlərin burada müayinə və müalicələr keçirməsi ənənəyə çevrilmişdir. Bu günlərdə də Səhiyyə Nazirliyinin xəttilə əhalinin kütləvi dispanserizasiyası çərçivəsində respublikanın yüksək ixtisaslı tibb mütəxəssislərindən bir qrupu Astarada olub. Respublika Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyevin rəhbərlik etdiyi briqada gün ərzində 300-ə yaxın xəstəni müayinə edib. Respublika Klinik Xəstəxanasından cərrah Elçin Mirzəyev və  nevropatoloq Qabil Bayramov, M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzindən endokrinoloq Səbuhi Yusifov, Elmi Tədqiqat Kardiologiya İnstitutundan kardioloq Mahir Bağırov və oftalmoloq Hikmət Əzizi rayon mərkəzi xəstəxanasında müxtəlif yaşayış məntəqələrindən gəlmiş sakinləri müayinədən keçirərək onlara tövsiyələrini veriblər.     
                                         
Səfərin ikinci günündə isə Bakıdan dəvət edilmiş yüksək ixtisaslı həkim-neyrocərrah və uşaq nevropotoloqu tərəfindən 200-dən çox rayon sakini müayinə olunub. Bundan başqa, rayon mərkəzi xəstəxanasında ehtiyacı olan ailələrin oğlan uşaqları humanist aksiyaya cəlb edilib. Astara Rayon Mərkəzi Xəstəxanasında yüksək ixtisaslı cərrahlar Sahib Sürətov və Etibar Cəlilovun iştirakı ilə 3 gün ərzində 200-dən çox uşaq əməliyyat olunub. Ümumiyyətlə, son 3 ildə rayonda təşkil edilən belə humanist aksiyalardan 700-dən yuxarı uşaq yararlanıb.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında