“İctimai səhiyyə institutlarının birgə əməkdaşlıq çərçivəsində inkişafı" üzrə ekspert görüşü keçirilib

İlk dəfə 2017-ci ilin yanvar ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunda toplaşan bir qrup mütəxəssislərdən ibarət ekspert qrupu, Avropa regionunda ictimai səhiyyə sahəsində çalışan qurum və təşkilatların potensialının gücləndirilməsi üçün koalisiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Və həmin tarixdən başlayaraq, ÜST-ün Avropa Regional Bürosunun Milli İctimai Səhiyyə İnstitutlarının Beynəlxalq Assosiasiyası (IANPHI) ilə əldə edilən müsbət təcrübəsi əsasında mütəmadi görüşlər təşkil olunur.

Növbəti ekspert görüşü və texniki seminar aprelin sonlarında Polşanın Varşava şəhərində keçirilib. Görüş ÜST-nin Avropa Regional Bürosunun ictimai səhiyyə xidmətlərinin və potensialının gücləndirilməsi üzrə tərəfdaşlar koalisiyası çərçivəsində, Avropa Regional Bürosu və IANPHI-nin birgə təşkilatçılığı ilə baş tutub. IANPHI-nin direktorlar şurasının illik iclası ilə paralel keçirilən görüşdə ictimai səhiyyə institutlarının birgə əməkdaşlıq çərçivəsində inkişafından danışılıb.

İctimai səhiyyə sahəsində rəhbər vəzifələr tutan şəxslər üçün təşkil olunan görüşdə ölkəmizi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov təmsil edib. Ekspert görüşünün əsas məqsədi ÜST-nin Avropa regionu üzrə milli səviyyədə mövcud ictimai səhiyyə institutlarının uğurlu praktik addımlarını, proses və strategiyalarını müəyyən etmək, onlar arasında əməkdaşlıq koalisiyası yaratmaqla regionda ictimai səhiyyənin inkişafına töhfə verməkdən ibarət olub.

 ÜST-nin ekspertlərinin çıxışları, müzakirə panelləri, qrup işlərindən ibarət görüşün sonunda iştirakçılar yaxın 12--18 ay üçün nəzərdə tutulan addımları qeyd edərək, birgə əməkdaşlıq çərçivələrini müəyyənləşdiriblər. 

Qeyd edək ki, ÜST-ün Avropa Regionu ölkələri -- Azərbaycan, Belçika, Fransa, Qazaxıstan, Qırğızıstan, Moldova, Hollandiya, Norveç, İsveç və Ukraynadan olan ictimai səhiyyə sahəsində rəhbər vəzifələr tutan şəxslər iştirak edib.

 Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında