IV Azərbaycan-alman-türk tibb konqresi çərçivəsində III Bakı Beynəlxalq Tibbi Təlim günləri keçirilir

Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Azərbaycan-alman-türk tibb konqresi öz işini davam edir.

Konqresə xarici ölkələrdən dəvət olunan 10 professor aprelin 27-də Milli Onkologiya Mərkəzinin qonağı olub. Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev onları salamlayaraq həkimlərin ixtisaslaşması üçün göstərdikləri səylərə görə minnətdarlığını bildirib, Azərbaycanda tibbin bütün sahələrində və xüsusən də onkologiya sahəsində əldə edilən uğurlardan danışıb.

Konqreslə eyni vaxtda III Bakı Beynəlxalq Tibbi Təlim günləri də keçirilir. Konqres öz işini treninqlərlə başlayıb və Azərbaycan, Almaniya, İsveçrə, Türkiyə və Rusiyadan olan professorların məruzələrini dinləməklə davam edib. Maraqlı müzakirə və diskussiyalar zamanı ölkəmizdən olan həkimlər xarici həmkarları ilə ondan artıq mövzu ətrafında elm və təcrübə mübadiləsi aparıb, müasir təbabətin aktual problemləri və onların qarşısının alınması üsullari ilə tanış olublar.

Bununla yanaşı, laparoskopik və ümumi cərrahiyyə, ginekologiya, ultrasəs diaqnostikası, endoskopiya, intensiv terapiya sahəsində yerli mütəxəssislər Avropadan və yaxın xarici ölkələrdən olan həmkarları ilə birlikdə 200-dən çox azərbaycanlı həkim öz sahəsində yeniliklərə yiyələnərək ən müasir modellər üzərində treninqlər icra edib, mürəkkəb prosedurların icra edilməsi texnikasını öyrəniblər.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında