Mərkəzi Neftçilər Xəstəxanası beynəlxalq sertifikata layiq görülüb

Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir sıra müəssisələrində bütün dünyada qəbul edilən "TS EN İSO 9001:2008" beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı tətbiq olunmaqdadır. ARDNŞ-in Sosial İnkişaf İdarəsinin struktur bölməsi olan Mərkəzi Neftçilər Xəstəxanası da bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sütətləndirmişdir.
Mərkəzi Neftçilər Xəstəxanasında bu səhiyyə ocağına Türk Standartları İnstitutu tərəfindən "TS EN İSO 9001:2008" keyfiyyət idarəetmə sistemi beynəlxalq standartı üzrə sertifikatın təqdim olunması mərasimi keçirilmişdir. ARDNŞ-in sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə son vaxtlar Mərkəzi Neftçilər Xəstəxanasının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən ətraflı söz açılmışdır. Bildirilmişdir ki, malik olduğu avadanlıq və təcrübəli personalı ilə təkcə Azərbaycanda deyil, bütün regionda yaxşı tanınan bu səhiyyə ocağında tibbi xidmətin səviyyəsi dünya standartlarına tam uyğunlaşdırılmış, tibbi kadrların mütəmadi olaraq təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılmışdır.
Tədbirdə keyfiyyət idarəetmə sisteminin tətbiqinin zəruriliyi, bu məsələyə ARDNŞ-də böyük önəm və dəstək verildiyi vurğulanmış, MNX-da standartın tətbiq olunması yüksək qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, Mərkəzi Neftçilər Xəstəxanasında "TS EN İSO 9001:2008" beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatının alınması məqəsdilə Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentində kurslar təşkil edilmiş, xəstəxananın sertifikatlaşdırılması üçün Türk Standartları İnstitutuna müraciət olunmuşdur. 2010-cu ilin noyabr ayında Türk Standartları İnstitutunun təcrübəli baş auditoru Elif Özkök, həkim Sema Zergeroğlu, auditor Volkan Çalğın və bioloq Xatirə Salahova tərəfindən xəstəxanada "TS EN İSO 9001:2008" beynəlxalq keyfiyyət idarəetmə sisteminin tətbiqi ilə bağlı sertifikatlaşdırma auditi keçirilmiş və uğurla başa çatmışdır.

{nl}

M. MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında