Dişlərin müalicəsinə estetik yanaşma mövzusunda seminar keçirilib

ATU-nun Ortopedik stomatologiya kafedrasında artıq ənənə halını alan növbəti tematik seminar keçirilib. Bu dəfəki toplantı “Frontal dişlərin estetik restavrasiyası”mövzusuna həsr olunub.

ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov çıxışında budəfəki mövzunun təsadüfi olmadığı və daha fərqli hissəni əhatə etdiyini bildirib: “Xatırladığınız kimi, ötən dəfə estetik diş analizlərinə həsr olunmuş seminarımız baş tutmuşdu. Bu dəfə həmin mövzunun davamı olaraq Frontal dişlərin estetik restavrasiyasından danışmaq qərarına gəlmişik. Çünki bu mövzu həm stomatoloqlar, həm də xəstələr üçün çox maraqlı və aktual mövzulardandır”. N.Pənahov seminarın tələbələr üçün də faydalı olacağını qeyd edib.

Sonra həkim Vüqar Pənahov “Frontal dişlərin estetik restavrasiyası” mövzusunda ətraflı məruzə ilə çıxış edib. Bu sahə üzrə İtaliyada professor Vanininin məşhur kursunu bitirən V.Pənahov qeyd edib ki, ön bölgə dişlərinin konservativ müalicəsinə həm terapevtik, həm də ortopedik müalicələr daxildir: “Frontal dişlərin estetik restavrasiyası--dişin sağlam toxumasını maksimum dərəcədə qorumaqla defektin aradan qaldırılmasına nail olmaq deməkdir. Əslində, burada konservativlik bir qədər fərqli anlam daşıyır. Yəni, bu zaman məqsədimiz təkcə dişdə olan kariyesi aradan qaldırmaq deyil, əsas yanaşmamız daha çox sağlam toxuma saxlamaqla, estetikanın tam bərpasından ibarətdir”.

Seminarda Vüqar Pənahov seminar iştirakçılarını ön bölgə dişlərinə konservativ yanaşmada düzgün müalicənin seçilməsi, bu zaman uyğun müalicə metodları ilə tanış edib.

Toplantının sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb. Kafedra müdiri, professor Nazim Pənahov tərəfindən məruzəçi dr. Vüqar Pənahova, həmçinin  tədbirdə aktivlik nümayiş etdirən 3 tələbəyə sertifikatlar təqdim olunub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında