Azərbaycan İİV–ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələrdəndir

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda İİV–ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələr sırasındadır. Bu haqda məlumat hələ 2016-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında dərc edilmişdi.

Əsas etibarı ilə ölkədə yoluxma daha çox yüksək riskli qrupa aid olan narkotik istifadəçiləri arasında qeydə alınır. Belə ki, 2017–ci ildə aşkar olunan İİV–ə yoluxma hallarının 15,6 faizi və ümumilikdə 1987–2017–ci illər ərzində isə aşkar olunan halların 46 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

2017–ci ildə, əvvəlki illərdə olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən İİV–lə mübarizə sahəsinə böyük önəm verilib. Bununla əlaqədar müayinələrin sayı, xüsusilə ekspress–testləşdirmənin tətbiqi artıb. Nəticədə İİV–ə yoluxmuş insanların aşkarlanma səviyyəsi yüksəlib.

Ölkədə ardıcıl olaraq, ehtiyacı olan bütün İİV–li insanlara diaqnostika, profilaktika, müalicə, qulluq və dəstək üzrə tədbirlər həyata keçirilir. İİV–infeksiyasının diaqnostikası Azərbaycanda pulsuz və mütləq müayinədən əvvəl və müayinədən sonra məsləhətləşmələr ilə müşayiət olunur.

İİV müayinəsini anonim şəkildə Respublika QİÇS–lə Mübarizə Mərkəzində və 10 regional laboratoriyada, RGEM–nin və Naxçıvan MR QİÇS–lə mübarizə Mərkəzinin İİV–diaqnostika laboratoriyasında, həmçinin, regionlarda fəaliyyət göstərən 48 könüllü müayınə və məsləhət məntəqələri şəbəkəsində keçmək mümkündür.

 

 Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında