Hemofiliya xəstələri dövlət qayğısı ilə əhatə ediliblər

Azərbaycanda vətəndaşların səhiyyə xidmətləri ilə təmin edilməsinə xüsusi önəm verilir. Bunun bariz nümunəsi səhiyyə müəssisələrinin yenidənqurulması, əhaliyə tibbi xidmət məqsədi ilə qəbul olunmuş dövlət proqramlarıdır. Xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biri kimi “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qayğı” üzrə dövlət proqramını qeyd etmək olar.

 M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dövlət proqramı çərçivəsində görülən işlər və 17 aprel Ümumdünya Hemofiliya Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə qeyd edilib ki, Qafqaz regionunda ilk Hemofiliya mərkəzi məhz Bakıda 1973-cü ildə yaradılıb. Hazırda mərkəz çoxprofilli M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin nəzdində fəaliyyət göstərir. Mərkəzdə 1595 xəstə dispanser qeydiyyatdadır. Qeydiyyatda olan pasientlər xəstəxananın müxtəlif ixtisaslı həkimləri tərəfindən müayinə, müalicə və reabilitasiya xidmətəri ilə təmin olunurlar. Uzun illər Hemofiliya mərkəzində aparılan gərgin işlər nəticəsində respublikamızda yaşayan hemofiliyalı xəstələrin dispanser qeydiyyatı və pasportlaşması həyata keçirilib. 

Dövlət proqramının tədbirlər planına əsasən hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi, onların laxtalanma faktorları ilə təminatı, qanaxmaların profilaktikası, ağırlaşmaların aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşması, ömürlərinin uzadılması, əlilliyin, vaxtsız ölümlərin qarşısının alınması məqsədi ilə fəaliyyətlərin icrası nəzərdə tutulub. Tədbirlər planı çərçivəsində xəstələrin qeydiyyatının aparılmasını təmin etmək, xəstələrin ağırlaşmalar, əlillik, ölüm halları, habelə müalicə-profilaktika tədbirlərinin səmərəliliyi barədə məlumat almaq məqsədi ilə hemofiliyalı xəstələrin registri yaradılıb. Bu məlumatlar ölkənin bütün bölgələrindən toplanaraq vahid sənəd şəklində formalaşdırılır. Bu da dərman preparatlarının istifadəsi və paylanmasına nəzarətin həyata keçirilməsi üçün olduqca zəruridir.

 Azərbaycanda hemofiliyalı xəstələr lazımi dərman preparatları ilə təmin edirlər. Bu gün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində, ambulator və stasionar şəraitdə müalicə alırlar

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında