Hava çirkliliyi ilə bağlı mütəxəsis araşdırmaları

Hava çirkliliyinin yüksək dərəcədə olduğu böyük şəhərlərdə altsheymer (alzaymer) xəstəliyi riski də yüksəkdir.

“Qafqazinfo” Maide-yə istinadən bildirir ki, bu barədə Montana Universiteteinin elmi araşdırmasında qeyd edilib.

Onu da qeyd edək ki, altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.

Araşdırma çərçivəsində Meksikanın paytaxtı Mexikoda 11 aylıqdan 40 yaşına qədər 203 nəfərin ekspertizası aparılıb.

Aparılan müayinələr nəticəsində onlarda altsheymerə başlamasına və inkişaf etməsinə zəmin yaradan iki qeyri-adi protein müşahidə edilib. Alimlər hava çirkliliyə məruz qalanların beyinlərində hiperfosforile tau və beta amiloid proteini dozasının miqdarının yüksək olduğunu öyrəniblər.

Mütəxəssislər altsheymer riskinin uşaqlıq vaxtlarında başladığını, yaşa dolduqca mövcud şəraitə uyğun artdığını qeyd ediblər.

Məlumat üçün bildirək ki, bu xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon, 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.

                                       İ.Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında