Tibb işçiləri filialın ekspozisiyaları ilə tanış olublar

www.science.gov.az saytının məlumatına görə, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində olublar.

Şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı muzeyin tarixi, fəaliyyət istiqamətləri haqqında tibb işçilərinə geniş məlumat verib və yenidən qurulmuş filialın ekspozisiyalarını onlara təqdim edib.

Daha sonra qonaqlar muzeyin şöbələrində Kitabi-Dədə Qorqud dastanı, VIII əsrdən başlayaraq formalaşan ərəbdilli ədəbiyyat, XII əsr intibah dövrünün nümayəndələri, farsdilli, eləcə də Şirvanşahlar və Atabəylər hakimiyyəti dövrü ədəbiyyatı ilə tanış olublar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında