Şəkidə məktəblilər arasında qalxanabənzər vəzin müayinəsi aparılıb

Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, cərrah-endokrinoloq Azər Hümmətov və ATU TCK-nın həkim və rezidentləri Şəki şəhərində olublar. Onlar  “Endemik düyünlü urun profilaktikası məqsədi ilə məktəblilər arasında qalxanabənzər vəzin ultrasəs müayinəsi və sidikdə yodun ekskresiyasının miqdarının təyini” layihəsi çərçivəsində 15--17 yaşlı məktəblilər arasında qalxanabənzər vəzin xəstəliklərinin yayılma tezliyini müəyyən etmək üçün müayinələr aparıblar.

“Azərduz” markasının təşkilatçılığı ilə baş tutan layihənin rəhbəri Azər Hümmətovun sözlərinə görə, öncə məktəblilərə yodun orqanizmdə əhəmiyyəti, yodlaşdırılmış duzun istifadəsi haqqında maarifləndirici broşurlar paylanılıb. Daha sonra 100-ə yaxın şagirdin qalxanabənzər vəzisinin ultrasəs müayinəsi aparılıb. Müayinələr həmin bölgədə endemik urun ağırlıq dərəcəsinin və yod çatmazlığının dərəcəsinin aşkarlanması üçün effektli profilaktik tədbirlərin işlənib hazırlanmasına kömək edəcək. 

Layihənin məqsədi Şəki, Quba və Qəbələ bölgələrində gənc əhalinin kütləvi dispanzerizasiyası (klinik-laborator-instrumental) yolu ilə qalxanabənzər vəzin xəstəliklərinin yayılması səviyyəsinin öyrənilməsi, profilaktik-müalicə tədbirlərinin işlənilməsi, əhali və səhiyyə orqanları üçün praktik-metodik tövsiyələrin hazırlanmasıdır. Müayinələrlə qalxanabənzər vəzin patalogiyaları vaxtında aşkarlanandan sonra əhali arasında endemik düyünlü urun əmələ gəlmə səbəbləri araşdırılacaq, qalxanabənzər vəzin digər xəstəliklərinin profilaktikası aparılacaq. Bu xəstəliklər barədə əhali arasında tibbi maarifləndirmə, müvafiq tövsiyələr veriləcək. Alınmış nəticələrə əsaslanaraq bölgə həkimləri üçün profilaktik tövsiyələr təqdim olunacaq.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin təqribən 2 milyardı yod çatmazlığı olan bölgələrdə yaşayır. Dünyada 655 milyon insanda endemik ur, 43 milyonda əqli inkişaf geriliyi və 1570 milyon  insanda yod çatışmazlığı xəstəliklərinin inkişaf riski mövcuddur. Yod çatışmazlığı  insan sağlamlığına təsir edən ciddi patoloji dəyişikliklərə səbəb olur. Son illərdə bütün dünyada  düyünlü ur daxil olmaqla qalxanabənzər vəzin xəstəliklərinin rastgəlmə tezliyi son illərdə artmaqdadır.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında