Akademik Zərifə Əliyevanın həyat yolu Azərbaycan gəncliyi üçün əsl nümunədir

Aprelin 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş “Səhiyyədə müasir nailiyyətlər” mövzusunda konfrans keçirilib.

Əvvəlcə akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən video­çarx nümayiş olunub.

Tədbirdə çıxış edən mərkəzin baş həkimi, terapevt, dosent Könül Xəlilova akade­mik Zərifə xanım Əliyevanın elmi nailiyyətləri, onun peşəkar həkim, fəal ictimai xadim olması barədə danışıb: “Zərifə xanım Əliyeva həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğı­keşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı həm də nümunəvi bir həyat yolu keçib”.

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi mühüm töhfələrdən danışan baş həkim bildirib: “Zərifə xanım dəyərli elmi əsərlərin müəllifi ol­maqla bərabər, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində də böyük xidmətlər göstərib. Ötən əsrin 30-40-cı illərində Azərbaycanda tüğyan edən traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı. Akade­mikin bütün diqqəti digər göz problemləri ilə yanaşı, həm də bu xəstəliklə mübarizəyə yönəlmişdi. O, Azərbaycanın traxoma ocağı aşkar edilən bü­tün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostika­sı və müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirirdi. Zərifə xanım ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı oldu və kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi. Traxomanın ləğvi istiqamətində yorulmadan aparı­lan intensiv elmi axtarışlar, əldə edilən nəticələr Zərifə xanım Əliyevanın namizədlik disserta­siyasının dayaq nöqtəsini təşkil etdi. O, 1959-cu ildə "Traxo­manın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dis­sertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü”.

Son illər dünya standart­larına uyğun inkişaf yolunu tutmuş Azərbaycan səhiyyəsində nəzərəçarpan dəyişikliklərin olduğunu bildirən baş həkim deyib: “Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər yeni üsullar vasitəsilə müalicəsi edilir, unikal və mürəkkəb əməliyyatlar icra olunur, əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişaf gedir. Bu da ölkəmizdə səhiyyə sahəsinə göstərilən qayğının nümunəsidir”.

Sonra konf­rans öz işini “İnvaziv radiologiya+endovaskulyar cərrah: “Endovaskulyar Speci­alist”, “Tor qişa qopmalarının cərrahi müalicəsi”, “Minimal invaziv urologiyada yeniliklər”, “Gicgah epilepsiyası”, “HELLP sindromunun müalicəsinə differensial yanaşma taktikası”, “Minimal invaziv cərrahiyyə:bu gün və perspektivlər”, “Sistem vaskulitləri” və bir sıra digər məruzələrlə davam etdirib.

Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmolo­giya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin və bir sıra digər tibb müəssisələrinin professorları və həkimləri iştirak ediblər.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında