Dərmanın təsirindən rəngini dəyişən ürək çipi icad edilib

Çin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar. O, insan bədənindən kənarda ürək əzələ toxumasının döyünmə və azalmasını imitasiya edir.

www.belta.by saytı yazır ki, alimlər buqələmunu müşahidə etdikdən sonra xüsusi optik struktura malik geldən istifadə etmək qərarına gələrək, onu hüceyrə mikroçipi üzərinə hopdurublar. Ürək əzələ hüceyrələri genişlənməyə və yığılmaya başlayan zaman isə gel buna uyğun olaraq öz rəngini dəyişib. Dərmanların tətbiqindən sonra tədqiqatçılar çipin rənginə nəzər salmaqla nəbzin dəyişməsi və preparatın effektivliyi barədə fikir yürüdə bilərlər.

Gələcəkdə texnologiya bu və ya digər dərmanların müalicəvi təsirinin tədqiqi zamanı canlı orqanizmlər üzərində təcrübələrin aparılmasını əvəz edə bilər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında