Reabilitasiya xidmətlərinin keyfiyyəti artır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu ilin yanvar--mart aylarında əlilliyi olan şəxslərə 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əlilliyi olan şəxslərin müraciətləri əsasında onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ambulator və müvafiq hallarda stasionar şəraitdə protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatlardan 300 ədədə yaxını əlil arabası olmaqla müvafiq tibbi göstərişi olan əlil insanlara təqdim edilib. Həmçinin bu təbəqədən olan şəxslər 326 ədəd aşağı və yuxarı ətraf ortezi, 266 ədəd aşağı və yuxarı ətraf, döş protezi, 96 ədəd bel və boyun nahiyəsi üçün korset, 1729 ədəd müxtəlif reabilitasiya vasitəsi,  360 cüt dirsəkaltı ağac, 277 ədəd dördayaqlı dayaq vasitəsi, 207 cüt qoltuqaltı ağac, 635 ədəd əsa, 846 cüt ortopedik ayaqqabı, 141 cüt protez ayaqqabı və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərdən 152 nəfərinə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Ümumilikdə, cari ilin yanvar-mart aylarında qeyd olunan müəssisələr tərəfindən  2672  nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin edilib ki, onların 376 nəfərini  ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Eyni zamanda, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların və elmi nailiyyətlərin tətbiqi, qabaqcıl dünya təcrübəsi əsasında yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin istehsalı sisteminin formalaşdırılması işləri də aparılır.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında