“Autizm xəstəliyi ilə bağlı maarifləndirməyə ehtiyac var”

2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT tərəfindən 18 dekabr 2007-ci ildə Qətər dövlətinin təklifi əsasında təsis olunmuşdur. Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, ölkəmizdə də geniş  miqyasda qeyd edilir. 2012-ci ildə Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı  aprelin 2-də Beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuş və Milli Parkdakı binalardan biri-- Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılmışdır.

Dünən Dünya Autizm Məlumatlandırma Günü ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən təşkil olunan  tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva  toplantı iştirakşılarına—autizmdən əziyyət çəkən uşaqların valideynlərinə, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlərinin xanımlarına və ümumiyyətlə, cəmiyyətə çağırış edib. Millət vəkili çıxışında bildirib ki,  belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa, gözəl balalarımızın gələcəyini xilas etmək olar.  “Autizmli uşaqların böyüdüyü ailələrə dəstək olmalıyıq, bu sindromlu uşaqlara cəmiyyətdə davranışlarımızla xüsusi diqqət göstərməliyik və ailələrin, cəmiyyətimizin autizmlə bağlı maarifləndiriıməsini daha da genişləndirməliyik. Çünki cəmiyyətin haqqında o qədər də məlumatlı olmadığı autizm xəstəliyi ilə bağlı maarifləndirməyə böyük ehtiyac var”.

 Q. Paşayeva bir sıra xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirilən çoxlu sayda layihələr barədə danışıb: “Ailələr uşaqlarında autizmin olduğunu vaxtında bilsələr, doğru mütəxəssis və həkim yardımı alsalar, bu uşaqların çoxunun gələcəyini xilas etmək olar. Bundan başqa cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi həm də ona görə vacibdir ki, insanlarımız hər yerdə bu cür uşaqlara və ailələrə qarşı həssas olmalı, ictimai yerlərdə belə ailələr heç bir zaman hər hansı sərt reaksiya ilə üzləşməməlidirlər. İnsanlarımız autizmli uşaqların bəzən normadan kənar hərəkətlər edə bildiyindən məlumatlı olmalıdılar”.

Tibb üzrə fəlsəfə doktoru  Yazgül Abdıyeva  bildirib ki, “Albert Eynşteyn, Nyuton, Avstriyanın təkrarsız bəstəkarı Amadeu Motsart, Amerika musiqiçisi James Durbin, kinorejissor Kim Berten , Kortni Lav və digər dünya şöhrətli məhşurlar da autizm sindroumu ilə üzləşənlərdəndirlər. Demək, bu elə də dəhşətli xəstəlik deyil. Sadəcə bu sindroma tutulanlara dəstək olmaq, onlara yardım göstərmək lazımdır. Gəlin onları anlamağa çalışaq və kömək edək”.

Regional Hüquqi  və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova  və  digər çıxış edənlər də bu xəstəliyə düçar olan ailələrə dəstək olmağın, həmişə onların yanında bu uşaqlarla ünsiyyət qurmağın və cəmiyyətimizin gələcəyi üçün, daha sağlam inkişafı naminə maarifləndirmə işinin vacibliyini bildiriblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında