Şahbəyli kəndində tibb məntəqəsi üçün yeni bina istifadəyə verilmişdir

Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant layihəsi çərçivəsində Kürdəmir rayonunun Şahbəyli kəndində tibb məntəqəsi üçün yeni binanın açılış mərasimi keçirilmişdir.
Smeta dəyəri 84 min 475 ABŞ dolları olan tibb ocağı tenderdə qalib gəlmiş "SULH" qeyri-hökumət humanitar təşkilatı tərəfindən inşa olunmuşdur. Dörd otaqdan, habelə qeydiyyat otağından ibarət olan birmərtəbəli bina 5 aya inşa olunmuşdur. Tibb məntəqəsinin xidmətindən həm də Şahbəyli kəndinə yaxın olan və eyni ərazi vahidliyində yerləşən Bala Kəngərli, Ucarlı və Cəyli kəndlərinin sakinləri də istifadə edəcəklər.
Kənd sakinlərinin iştirak etdikləri açılış mərasimində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov çıxış edərək, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan danışan icra başçısı dövlətimizin başçısının uğurlu xarici siyasəti nəticəsində Yaponiya ilə qurulmuş xoş münasibətlərdən bəhs etmişdir.
Yaponiyanın ölkəmizdəki səfirinin müşaviri Toşikazu Muto mərasimdə çıxış edərək ölkələrimiz arasında dostluq münasibətlərindən, Azərbaycanda səhiyyə və təhsil sahələrində reallaşdırılan qrant layihələrdən bəhs etmiş, yeni tibb ocağının kəndlərdə səhiyyənin daha yaxşı təşkilinə şərait yaradacağını bildirmişdir.
Respublika Səhiyyə Nazirliyinin baş məsləhətçisi Dadaş Hümbətov ölkəmizdə tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışmış və qeyd etmişdir ki, təkcə son bir ildə dövlət vəsaiti hesabına 63 tibb müəssisəsi tikilib istifadəyə verilmişdir.
Kənd ağsaqqalı Hökumət Əzizov, yerli bələdiyyənin üzvü Ayət Nəsirov və başqaları çıxış edərək, Yaponiya hökumətinə və inşaatçılara təşəkkürlərini bildirmişlər.
Sonra rəmzi açılışı bildirən lent kəsilmiş, qonaqlar yeni bina və yaradılmış şəraitlə tanış olmuşlar.
Tədbirdə Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Rəhim Məmmədov, Yaponiyanın Azərbaycandakı səfirinin köməkçisi Yosiko Ozava iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında