Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan hökuməti arasında xoş münasibətlər mövcuddur

Martın 1-də Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatı (DST) Avropa regional direktoru xanım Jujanna Yakab ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, qonağı səmimi salamlayan Elçin Əfəndiyev dünyanın 53 ölkəsini özündə birləşdirən Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan hökuməti arasında xoş münasibətlərin mövcud olduğunu vurğulamışdır. O xatırlatmışdır ki, DST Assambleyasının 60-cı sessiyasında ana və uşaq sağlamlığının qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva xüsusi mükafata layiq görülmüşdür. Cenevrədəki Millətlər Sarayında mükafatın təqdimolunma mərasimində 193 ölkənin səhiyyə rəsmiləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Həmin gün Mehriban xanım Əliyeva Millətlər Sarayında "Azərbaycan otağı"nın açılışında da iştirak etmişdir.
Daha sonra Azərbaycanın səhiyyə nazirinin DST Avropa Regional Bürosunun Daimi Komitəsinin üzvü olduğunu vurğulayan Baş nazirin müavini, bütün bu faktların tərəflər arasında əlaqələrin yüksək səviyyədə olduğunu sübut etdiyini nəzərə çarpdırmışdır.
Görüşə görə minnətdarlığını bildirən xanım Jujanna Yakab Bakıya gəlişinin əsas məqsədi barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, səhiyyə sahəsində hökumətin səmərəli addımlarının böyük nəticələrini nəzərə alan DST Avropa Regional Bürosunun rəhbərliyi 2009-cu ildə Kopenhagendə keçirilmiş Dünya Səhiyyə Təşkilatının 59-cu sessiyasında Regional Komitənin 61-ci sessiyasının 2011-ci ilin sentyabrında Bakı şəhərində keçirilməsini qərara almışdır. Həmin tədbirin keçirilməsi üçün DST-nin Avropa Regional direktoru Jujanna Yakabın rəhbərliyi ilə işçi qrupu yaradılmışdır.
Sonda qonaq bütün dünyadan 400 nəfərədək nümayəndənin qatılacağı sessiyanın işinə hazırlıq mərhələsində yaxından iştirak etdiyinə və göstərdiyi köməyə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirmişdir.
Görüşdə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında