Xaçmazda əhali tibbi müayinələrdən keçir

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin  müayinələrinin keçirilməsi barədə geniş ictimaiyyəti məlumatlandırmaq və bu müəssisələrdə yaradılan şərait, aparılan müayinələrlə bağlı vəziyyəti öyrənmək məqsədilə ilə paytaxt və regionlarda yerləşən müəssisələrdə maarifləndirmə tədbirləri həyata keçirilir.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev rayonda 177600 əhalinin yaşadığını bildirib. Qeyd edib ki, müayinədən keçən 52734 nəfərdən 16828-i ambulator müalicəyə cəlb edilib. 69 nəfər üzərində isə cərrahiyyə əməliyyatı keçirilib.

2017-ci ilin göstəricilərinə görə, respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfəri əlavə müayinələrə cəlb edilmiş, 68427 nəfəri dispanser nəzarətinə alınmış, 27059 nəfəri hospitalizasiya olunmuşdur.

Xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublika əhəmiyyətli səhiyyə müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılır.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında