Xızı və Şabranda əhali tibbi müayinələrdən keçirilir

Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində keçirilən tədbir zamanı Xızı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev rəhbərlik etdiyi müəssisədə adı çəkilən istiqamətdə görülən işlər barədə məlumat verib. O bildirib ki, Xızı əhalisinin 3700-dən çoxu profilaktik tibbi müayinələrdən keçib. Onlardan 119-da ürək-damar, şəkər və ağciyər xəstəlikləri aşkarlanıb.

Müayinələrlə bağlı hesabat verərkən Şabran Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Kəmalə Süleymanova qeyd edib ki, əhali arasında fəsadlı xəstəliklərə çox az rast gəlinib. Müayinələr zamanı xəstəliklər aşkar edildikdə, həmin pasiyentlər ya yerli xəstəxanada, ya da Bakıda ixtisaslaşmış xəstəxanalarda müalicəyə göndərilirlər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında