Bakıda keçiriləcək sessiyada 53 ölkənin səhiyyə naziri iştirak edəcəkdir

Martın 1-də Səhiyyə Nazirlyində ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatı (DST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakab jurnalistlər üçün brifinq keçirmişdir.
J.Yakab beynəlxalq aləmdə dövlətimizin nüfuzunun artdığını və son illər ölkədə səhiyyə və sosial sahələrdə aparılan genişmiqyaslı islahatlardan danışmış, Regional Komitənin 61-ci sessiyasının sentyabrda Bakıda keçiriləcəyini bildirmişdir. Avropa ölkələrindən 53 səhiyyə nazirinin qatılacağı konfransda səhiyyə sistemində yeniliklərin tətbiqi ilə əlaqədar müzakirələrin aparılacağını deyən qonaq, həm də vərəmlə, əhali arasında antibiotiklərdən düzgün istifadə ilə bağlı strategiyanın qəbul ediləcəyini diqqətə çatdırmışdır. Xanım J.Yakab Bakıda keçiriləcək sessiya zamanı Azərbaycan hökuməti ilə DST-nin Avropa Regional Bürosu arasında ikiillik sazişin bağlanacağını demiş, Prezident İlham Əliyevin ölkəmizin səhiyyə sektoruna yönəltdiyi diqqəti nəzərə çatdırmışdır.
Sonra səhiyyə naziri Oqtay Şirəliyev J.Yakabın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazir qonaqları salamlayaraq ölkəmizin 1992-ci ildən DST-nin üzvü olduğunu və bu təşkilatın yardımı ilə ölkənin səhiyyə sistemində islahatların uğurla həyata keçirilməsini bildirmişdir.
İkillik sazişin imzalanacağı ilə bağlı məktub göndərdiyini xatırladan xanım J.Yakab Bakıda keçiriləcək sessiyanın reallaşmasında O.Şirəliyevin rolunu diqqətə çatdırmışdır.
Sonda Azərbaycanın səhiyyə naziri və DST-nin Avropa Regional Bürosunun direktoru anlaşma memorandumunu imzalamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında