“Risalə” elmi araşdırmalar toplusunun XII və XIII saylarının təqdimatı

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar toplusunun doktorant və dissertantlarının əsərlərindən ibarət nəşrinin növbəti XII və XIII saylarının təqdimat mərasimi keçirildi.

Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri giriş sözü ilə açaraq humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” toplusunun artıq beynəlxalq standart seriya nömrəsi ilə çap olunması və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edilməsi haqqında məlumat verdi.

Azərbaycan, eləcə də Yaxın və Orta Şərq xalqları ədəbiyyatının müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı mötəbər elmi mənbələrdən biri sayılan “Risalə” elmi araşdırmalar toplusunun ildə bir sayı bütünlüklə gənc alimlərin ixtiyarına verilir.

Qeyd olundu ki, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Şərq”, “Xəzinə”, “Qaynaq”, “Məclis” kimi daimi nəşrləri içərisində “Risalə”nin əsas məqsədlərindən biri də gənc alimlərin ən müxtəlif elmi mövzulara dair əsərlərini ictimaiyyətə çatdırılmasına imkan yaratmaqdır.

Tədbir məqalə müəlliflərinə kitabların paylanılması və akademik Rafael Hüseynovun elmi rəhbəri olduğu doktorant və dissertantlarla tədqiqat mövzuları ətrafında müzakirələrilə davam etdi. Gənc alimlərin qarşılaşdığı çətinlikləri dinlədikdən sonra akademik R.Hüseynov onlara elmi işlərini sürətləndirmə istiqamətində tövsiyələrini verdi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında