Tələbələrin ifaları tədbirə gözəl ovqat bəxş etdi

Azərbaycan Tibb Universitetinin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramına həsr olunmuş və  bayram süfrəsinin açılması ilə başlayan tədbir rəngarəng konsert proqramı ilə davam etdi. 

Universitetin rektoru, professor Gəray Gəraybəyli qonaqları, professor-müəllim heyətini və tələbələri bayram tədbirində görməkdən məmnunluğunu vurğuladı və ABŞ-ın Viskonsin La­kers Universitetinin professoru Robert Jecklini, Qazaxıstandan universitetimizə elmi ezamiyyətə gəlmiş nümayəndə heyətini xüsusi salamladı.

Rektor səmimi  arzularını tədbir iştirakçıları ilə bölüşdü: “Novruz bayramı təbiətə, hər bir insana yeni oyanış, yeni tərəqqi bağışlayır. Məhz bu baharda, aprelin 11-də  keçiriləcək növbəti Prezident seçkilərində öz sözümüzü deyəcəyik. Əminəm ki, Azərbaycanın hər bir sahəsində inki­şafa nail olan ən layiqli namizədimizə səs verərək daha böyük irəliləyişlərə nail olacağıq.

Əziz müəllimlər və tələbələr, mən sizi bu böyük bayram münasibətilə təbrik edir, hər birinizin ailəsinə, yaxınlarına cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram! Hər birinizin ailəsində, qəlbinizdə daim bahar olsun”.

“Cəngi” sədaları altında  Novruz adət-ənənələrini əks etdirən videogörüntü, universitetin “Şəfa” xalq çalğı alətləri ansamblının ifasında “Bayram gəlir elimizə” musiqisi, “Çinar” rəqs ansamlının bənzərsiz rəqsləri tədbir iştirakçılarını heyran qoydu. Tələbələrin ifalarında ingilis, fransız və alman dillərində mahnılar  ovqatları təzələdi.

Tədbirin sonunda Tibb Universitetinin adından  “Körpələr evi”nə xonçalarda  bayram sovqatı göndərildi.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında