“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının 2018-ci ildə ilk sayı işıq üzü görüb

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” Beynəlxalq elmi-texniki jurnalının 2018-ci il yanvar-mart aylarını əhatə edən ilk sayı işıq üzü görüb.

Beynəlxalq elmi nəşrin baş redaktoru akademik Arif Paşayev, baş redaktorun müavini akademik Əhəd Canəhmədovdur.

Jurnalın bu sayında “Aviasiya”, “Mexanika və maşınqayırma”, “Neft və qaz”, “Neft-kimya texnologiyası”, “İnformasiya texnologiyaları”, “Energetika”, “Kənd Təsərrüfatı” və “Ekologiya” bölmələrində maraqlı elmi yazılar yer alıb.

Qeyd edək ki, jurnal 2009-cu ilin noyabrından ildə 4 dəfə nəşr olunur. Jurnalın məqsədi oxucuya elmi yeniliklərin çatdırılması ilə yanaşı, Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə yardım göstərməkdir. “Rusiyanın elmi sitat indeksləşməsi” (RESİ) layihəsinə daxil edilən jurnal, eyni zamanda, qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadəyə, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, yaradıcı təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək məqsədi daşıyır.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında