Azərbaycan Universitetində müsabiqə qalibləri mükafatlandırıldı

Azərbaycan Universitetində “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilən tədbir keçirilib.

Mükafatlandırma mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, müsabiqənin tərəfdaşı, Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktor müavini Nəsimi Kazımov, Nəsimi Rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsinin rəisi Elbrus Abdullayev, “Social Innnovation Lab” beynəlxalq təşkilatının icraçı direktoru Cəsur Həsənov, müsabiqə komissiyasının üzvləri, müsabiqənin finalçıları və elmi rəhbərləri, universitetin müəllim və tələbələri iştirak etmişdir.

Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov müxbirimizə bildirmişdir ki, tədbir müsabiqənin gedişatını işıqlandıran video-çarxın nümayişi ilə başlayıb. Video-çarxda tədbir iştirakçılarına müsabiqə ideyasının ortaya çıxması, müsabiqənin məqsədi, istiqamətləri və mərhələləri, komissiyanın üzvləri, daxil olan işlər və dəyərləndirilmə kateqoriyaları, iştirakçılar və finalçılar haqqında məlumatlar əksini tapır.

Yekunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Alirzə Orucov “Təmiz ada” adlı elmi işi ilə birinci, bu ali təhsil müəssisəsinin magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirli isə üçüncü yerə layiq görülüblər. I yerin sahibinə 800, II yerin sahibinə 600, III yerin sahiblərinə isə 400 manat pul mükafatı və müvafiq sertifikatlar təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nərminə Abbasova isə dördüncü yerə layiq görülüb və Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Müsabiqə qaliblərinin elmi rəhbərləri də təltif olunublar.

Çıxış edənlər müsabiqənin, o cümlədən mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin əhəmiyyətindən söz açıb, ölkəmizdə bu sahədə geniş vüsət almış işlər haqqında məlumat veriblər. Çıxışlarda müsabiqənin təşkilinə, şəffaf və yüksək səviyyədə keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkür edilib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında