AMEA-nın iki institutunun birgə tədqiqatı

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin  mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi tədqiqat proqramları çərçivəsində araşdırmalara başlayıb. Tədqiqatların əsas məqsədi respublikanın müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarının emal olunmasıdır.

 

İlk olaraq radon qazının qatılığı, temperatur, rütubət və təzyiqin bir-birindən asılılığının, radon qazının həcmi aktivliyinin qısa, orta və uzun müddətli davamlı variasiyalarının və digər aspektlərin müasir riyazi üsullarla emalı nəzərdə tutulub.

 

www.science.gov.az saytı yazır ki, bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutunda əldə olunan ilkin nəticələrin müzakirəsi keçirilib. 

 

Tədbirdə əldə olunan ilkin elmi nəticələrin müsbət olduğu və tədqiqatların davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

V.Bayramov,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında