Ucarda "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın növbəti mərhələsində məktəblilər yola salındılar

Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən  tur - aksiyanın  növbəti mərhələsində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl rayonlarına yola salınıblar. Yeniyetmələr üç gün ərzində  bu bölgələrin tarixi və mədəni  abidələri, qoruqları, turizm guşələri və sənaye müəssisələri ilə yaxından tanış olacaqlar.

 

Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirakı ilə keçirilən yola salma mərasimində Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək  bildirdi ki, bu aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının mühüm təzahürüdür.

Ucar şəhər 2 saylı məktəb-liseyin şagirdi Rəşid Məmmədov, şəhər 4 saylı tam orta məktəbin şagirdi Arzu İsayeva, şəhər 3 saylı tam orta məktəbin şagirdi Rüfət Babayev, valideyn Munis Məmmədov çıxış edərək tur-aksiyaların təşkili üçün Ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.

Musiqi çələngi alqışlarla qarşılandı. Daha sonra məktəblilər ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, 3 gün davam edəcək tur-aksiyada şagirdləri  4  müəllim və 1 həkim müşahidə edəcək.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında