Turizm marketinqi üzrə dünya təcrübəsi

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm və otelçilik” ixtisası üzrə ingilis qrupunda oxuyan tələbələrlə Türkiyənin Kapadokya Universitetinin tələbələri arasında “Turizm marketinqi üzrə dünya təcrübəsi” mövzusunda veb-seminar keçirilib.

Seminarın əsas məqsədi tələbələrə keçilən “Marketinqin əsasları” üzrə fənn biliklərinin daha dərindən mənimsənilməsinə xidmət edən  müvafiq istiqamətli təcrübələrin hər iki  ölkənin timsalında öyrənilməsi və mübadiləsi olub. Seminarda “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov, dekan müavini Flora Ələsgərova, Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev, menecment kafedrasının müdiri İsrayıl İsgəndərov və marketinq kafedrasının müdiri Anar Eminov iştirak edib.

Seminarı giriş sözü ilə ATMU-nun menecment kafedrasının müdiri İsrayıl İsgəndərov və Türkiyənin Kapadokya Universitetinin təmsilçisi Gülçin Tekin açıb. Veb-seminarda ATMU-nun müəllimi, həmçinin seminarın təşkilatçısı Aqil Vəliyev və Kapadokya Universitetinin professoru Kurtuluş Karamustafa təqdimatlarla çıxış ediblər.

Qeyd etmək lazımdır ki, tədbirdə hər iki ali təhsil müəssisəsinin tələbələri tərəfindən ingilis dilində hazırlanan təqdimatlar bütün iştirakçılar tərəfindən  maraqla  qarşılanıb. Veb-seminar fikir mübadiləsi şəraitində başa çatıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında