AMEA-nın Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

www.science.gov.az saytından aldığımız məlumata görə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli 11-14 mart 2018-ci il tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində elmi ezamiyyətdə olub.

O, səfər çərçivəsində “Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi: keçmiş və müasirlik” mövzusunda keçirilən elmşünaslıq və elm tarixi üzrə  XXVIII beynəlxalq Kiyev simpoziumunda iştirak edib, “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təhsilin tarixi səhifələri” mövzusunda məruzə ilə çıxış edib. M.Seyidbəyli AXC hökumətinin təhsil siyasəti, təhsil almaq üçün xarici ölkələrə və Ukrayna ali təhsil müəssisələrinə göndərilən gənclər barədə məlumat verib.

Azəbaycanlı alim, həmçinin Ukrayna Milli Elmlər Akademiyası Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutunun illik hesabatının dinlənilməsi və təhlili üzrə keçirilən iclasda ekspert şürasının üzvü kimi iştirak edib. Daha sonra o, həmin institutun direktoru, professor Boris Malitskiy, rusiyalı alim, professor U.Baturin və Qırğızıstan, Gürcüstan, Belarusdan olan görkəmli alimlərlə görüşüb və qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıb.

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında