Millət vəkili Türkiyə Dil və Ədəbiyyat Qurumunun Fəxri Üzvü seçilib

  Ərzurumda keçirilən tədbirdə Türkiyə Dil və Ədəbiyyat Qurumunun Ərzurum şöbəsinin sədri Murat Ertaş Milli Məclisin deputatı, siyasi elmlər doktoru Qənirə Paşayevanın Azərbaycan --Türkiyə qardaşlığının daha da güclənməsi və türk dünyasının birliyi istiqamətində fəaliyyətindən danışıb. M. Ertaş onun Türk dili və ortaq ədəbiyyatımızla bağlı məsələlərə hər zaman fəal dəstək verdiyini xüsusi vurğulayıb və təkilatın qərarı ilə Fəxri Üzv adına layiq gördüklərini deyib.

  Bu etimad üçün təşkilat rəhbərliyinə və bütün ziyalılara təşəkkürünü bildirən  Q.Paşayeva Murat Ertaş, təşkilatın üzvləri və Ərzurum ziyalıları ilə də görüşüb. Görüş zamanı Azərbaycan, Azərbaycan--Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin Ərzurumda daha da çox keçirilməsinin vacibliyi ilə bağlı müzakirələr olub. Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən ədəbiyyat sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub.

  Millət vəkili Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Q.Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qrumunun rəhbərliyinə və üzvlərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitabları hədiyyə edib. O, həmçinin Ərzurumda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında