BDU-da anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universitetində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. BDU-nun rektoru, akademik Abel Məhərrəmov gələn il 100 illik yubileyini qeyd edəcək bu qocaman ali təhsil ocağının ilk iki fakültəsindən birinin tibb fakültəsi, 1922-ci ildə ali təhsil haqqında verilən ilk diplomun da məhz tibb ixtisası üzrə olduğunu nəzərə çatdırıb.

Abel Məhərrəmov yüksək ixtisaslı mütəxəssislərin çalışdığı ən son texnoloji avadanlıqlarla təmin olunan Milli Oftalmologiya Mərkəzinin uğurlarına toxunub. Rektor mərkəzlə əməkdaşlıq nəticəsində tələbə, magistrant və doktorantlarda peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasından danışıb. Həmçinin, oftalmologiya sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqinin, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə və elmi fəaliyyətə cəlb edilməsinin, birgə elmi tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.

Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov təmsil etdiyi mərkəzin fəaliyyətindən ətraflı söz açıb. Bildirib ki, Azərbayanda yalnız Milli Ofalmologiya Mərkəzində uşaqlarda gözün patologiyası şöbəsi yaradılıb. Şöbədə yüksək ixtisaslı təcrübəli həkim və tibb işçiləri tərəfindən uşaqların rahat müayinəsi və müalicəsi həyata keçirilir. Mərkəzin eksimer-lazer şöbəsində gözün refraktiv qüsurlarının (miopiya, hipermetropiya, astiqmatizm), keratokonus xəstəliyinin diaqnostikası və müalicəsi ən müasir diaqnostik və cərrahi avadanlıqlarla həyata keçirilir. Mərkəzin Şəkərli diabetin göz fəsadları şöbəsində erkən və dəqiq diaqnostika, lazer və cərrahi müalicə son texnologiyalı avadanlıqlarla aparılır. Cərrahi əməliyyat bloku da beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Şöbədə gözün istənilən patologiyasının cərrahi müalicəsi həyata keçirilir.

Elmar Qasımov BDU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonda imzalanan anlaşma memorandumunda müvafiq elm sahələrində qarşılıqlı maraq doğuran və innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak, maddi-texniki bazadan və kadr potensialından birgə istifadə və digər məsələlər öz əksini tapıb.

Onu da qeyd edək ki, mərkəzin səyyar klinikası, həmçinin, “Dünya Qlaukoma Həftəsi” çərçivəsində universitetdə humanitar aksiya keçirib. Aksiya zamanı 310 nəfər tələbə və müəllim heyəti müayinə olunub.

Zərifə Bəşirqızı,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında