Gənc tədqiqatçıların elmi konfransı keçiriləcək

10 may 2018-ci il tarixində AMEA-nın Tarix İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçiriləcək.

İnstitutdan verilən məlumata görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilən bu konfransda "XX əsrdə türk-müsəlman xalqlarına qarşı deportasiya və soyqırımları", "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xarici siyasəti: oxşar məqamlar", "Şimali Azərbaycan və türk xalqları yaşayan digər ərazilərdə çarizmə qarşı azadlıq mübarizəsi", "Azərbaycan SSR və digər müttəfiq respublikalarda sovet rejiminə qarşı azadlıq mübarizəsi. Mühacirət", "Heydər Əliyev Azərbaycan Respublikasının qurucusudur" bölmələri üzrə məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq

 

Ə.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında