Mədəni bitkilərin mənşəyi tədqiq edilir

Azərbaycan dilində ilk dəfə tərtib olunan “Mədəni bitkilərin mənşəyi” adlı dərslik mədəni bitkilərin botaniki-coğrafi xüsusiyyətləri, nadir növləri, mənşəyi, yayılma arenası, kimyəvi tərkibi, əhəmiyyəti, sistematikası, çoxnövçülük mərkəzləri və onların mühafizəsi haqqında məlumatları özündə əks etdirir.

www.science.gov.az saytı yazır ki, yeni nəşr mədəni bitkilərin yayılma mərkəzlərinə dair əsas məlumat bazası olmaqla yanaşı, biomüxtəlifliyin qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi, həmçinin orta və ali məktəblərin tədris proqramlarının həyata keçirilməsi üçün qiymətli mənbədir. Dərslikdə mənşə mərkəzləri və bu mərkəzlər üçün xarakterik olan spesifik xüsusiyyətlər haqqında ətraflı məlumatlar verilib.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru, dosent  Ramiz Ələkbərov, institutun biokimyəvi tədqiqatlar laboratoriyasının elmi işçisi Surə Rəhimova, Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidov və Azərbaycan Dövlət Aqrar Universitetinin elm şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılovun birgə hazırladıqları elmi, metodiki və pedaqoji cəhətdən dəyərli olan dərslik tədris proqramını tam əhatə edir.

Ə. BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında