BSU-da beynəlxalq tədbir

Bakı Slavyan Universitetində (BSU) Bolqarıstan Respublikasının Avropa İttifaqı (Aİ) Şurasına sədr seçilməsi ilə bağlı beynəlxalq tədbir keçirilib. Tədbirdə ABŞ, Avstriya, Xorvatiya, Misir, Yunanıstan, Yaponiya, Litva, Niderland, Norveç, Fələstin, Polşa, Rumıniya, Rusiya, İsveç və digər ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri iştirak ediblər. BSU-nun foyesində bayram ab-havasına uyğun şənlik tədbiri ilə qarşılanan qonaqlar burada “Arzu” rəqs ansamblının hazırladığı rəqslərdən, tələbələrin ifasında səsləndirilən şeir və mahnılardan ibarət geniş konsert proqramına tamaşa ediblər.

Sonra foyedə təşkil olunmuş Yel çərşənbəsi və Novruz bayramına həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə rəngarəng, milli nemətlərlə bəzədilmiş zəngin bayram xonçaları qonaqlara təqdim olunub. Novruzun simvollarından olan Kosa və Bahar qızı tədbirə gülüş ovqatı qatıblar.

Tədbirin davamında qonaqlar BSU-nun Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olublar. Sonra tədbir universitetin akt zalında rəsmi hissə ilə davam edib.

Rəsmi hissəni giriş sözü ilə açan Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov Azərbaycanla Bolqarıstan arasındakı əlaqələrin 25 illik tarixindən danışıb. O, ölkələrimiz arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, xalqlarımızın bir-birinə yaxınlaşması sahəsində ardıcıl olaraq ciddi addımlar atıldığını nəzərə çatdırıb.

R.Novruzov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstan
Respublikasının ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni-quruculuq işləri barədə məlumat verib. Professor Bakı Slavyan Universitetinin hər iki ölkə arasında qurulan humanitar əlaqələrdə mühüm rola malik olduğunu deyib, o cümlədən Bolqarıstanın qabaqcıl ali təhsil müəssisələri ilə BSU-nun əməkdaşlığından söz açıb. Bolqarıstanın Birinci vitse-prezidentləri İ.Yotova və M.Popovanın BSU-da olmalarından və BSU nümayəndələrinin Bolqarıstan səfərindən danışan Rafiq Novruzov ali təhsil müəssisəsinin bu tədbirə ev sahibliyi etməsindən qürur keçirdiyini dilə gətirib. Sonda prorektor qarşıdan gələnYel çərşənbəsi və Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara bol ruzi-bərəkətli süfrə, cansağlığı arzulayıb.

Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Yanko Yanakiev tədbir iştirakçılarını salamlayıb, ölkələrimiz arasındakı münasibətlərin tarixindən və bugünkü real vəziyyətdən danışıb.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas, Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədovun və Milli Məclisin deputatı Rauf Əliyevin çıxışları dinlənilib.

Tədbir çərçivəsində son iki il ərzində Bolqarıstan nümayəndələrinin BSU-ya gəlişinə dair videogörüntülər nümayiş olunub, Azərbaycan-Bolqarıstan mədəniyyətini əks etdirən slayd təqdim edilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında