Əlaçı və fəal tələbələrə adlı təqaüd verilib

Martın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə elmin, təhsilin, idmanın və gənclərin inkişafına göstərilən dövlət qayğısından söz açıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Bu günədək 19 ali məktəbdə təhsil alan 2.148 tələbə bu təqaüdə layiq görülüb.

Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyən komitə sədri regionlarımızda bir sıra yeni idman obyektlərinin tikilib istifadəyə verildiyini söyləyib.

S.Möhbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən müsabiqələr, müxtəlif idman yarışları, intellektual oyunlar və digər tədbirlər barədə məlumat verib. Bildirilib ki, rəhbərlik etdiyi qurumun məqsədi gənclərin inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət və qayğı göstərməkdir.

AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, uğurlar arzulayıb.

Sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkərandakı ali məktəblərin 61 tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında