“Səyyar kitabxana” layihəsi növbəti mərhələdə

“Səyyar kitabxana” layihəsinin növbəti mərhələsinə start verilib. Layihə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Bu münasibətlə keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, məqsəd gənclərin kitab oxumağa marağını artırmaq və onların kitab və elektron kitab vəsaitləri ilə təmənnasız təmin olunmasını təşkil etməkdir.

Qeyd edək ki. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş layihə 2013-2017–-ci illərdə Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan, Balakən, Qax rayon və şəhərlərində uğurla reallaşdırılıb, minlərlə oxucunu əhatə edib.

“Səyyar kitabxana” layihəsi çərçivəsində xüsusi yük maşınında fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr olmaqla yanaşı, xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada Azərbaycan, rus, ingilis və türk dillərində nəşrlər yer alıb.

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında