Bakıda Beynəlxalq Kitab Sammiti keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Beynəlxalq Kitab Sammiti ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. Qəyyumlar Şurasının üzvü, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin təşəbbüsü ilə 1-ci Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammitin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015) kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil olunub.

Builki Beynəlxalq Kitab Sammitində milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

Sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, NGBM-in həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Mavriki Respublikasının Prezidenti Əminə Qurib-Fakim, Makedoniya Respublikasının Prezidenti Giorgi İvanov, Xorvatiyanın sabiq prezidenti İvo Josipovic, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent, ABŞ Konqresinin Kitabxanasında Afrika və Yaxış Şərq Məsələləri üzrə şöbə müdiri Mari Jane Deb, İnternet Arxivinin təsisçisi Brevster Kahle, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar iştirak edəcəklər.

Qeyd edək ki, 7-ci Beynəlxalq Kitab Sammiti martın 18-də “Fairmont Baku” otelində başlayacaq.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında