İranlı alimlər Şərqşünaslıq İnstitutunda olublar

www.science.gov.az saytının verdiyi xəbərə görə, İranın Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin sədri Seyyid Haşimi Musəvinin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə qonaqlara müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər və iranşünaslıq sahəsində görülən işlər barədə məlumat verilib. G.Baxşəliyeva iki təşkilat arasında elmi əlaqələrin genişlənməsinin alimlər üçün faydalı olacağını bildirib.

İranlı alimlər isə öz tədqiqatlarından söz açıb, birgə araşdırmalar aparmaq niyyətində olduqlarını qeyd ediblər.

Sonda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

İ.Əmənullayev,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında