Muzeydə şagirdlər üçün “açıq dərs”

AMEA Hüseyn Cavidin Ev muzeyində Bakı şəhər 6 nömrəli məktəb-liseyin şagirdləri üçün “açıq dərs” təşkil edib.

www.science.az saytının məlumatına görə, “açıq dərs”də məktəblilərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında ətraflı məlumat verilib. Bundan əlavə, “açıq dərs”də H.Cavidin ümumbəşəri problemləri işıqlandıran mənzum faciələri və tarixi dramları, eləcə də muzeyin nəşrləri - “Cavidşünaslıq” araşdırmalar toplusu, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” barədə də danışılıb.

Daha sonra şagirdlər muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar.

Vaqif BAYRAMOV,

”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında